İNTERNAT EVİ ƏSASLI TƏMİR OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Abşeron rayonunun Saray qəsəbəsində ağıldankəm uşaqlar üçün 7 nömrəli internat evində Beynəlxalq Qadınlar Klubunun dəstəyi ilə geniş abadlıq işləri görülür.
150-dən çox uşağın yaşadığı müəssisədə qapı və pəncərələr təzələnmiş, döşəmə və divarlar keyfiyyətlə təmir olunmuş, qazanxana, elektrik xətləri tam qaydaya salınmışdır.