“İNTERSİRK” BAKI DÖVLƏT SİRKİNDƏ TAMAŞALAR GÖSTƏRƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 27-də Bakı Dövlət Sirkində keçirilən mətbuat konfransında sirkin direktoru Vaqif Bağırzadə bildirmişdir ki, bu tamaşa müəssisəsinin dəvəti ilə 10-na yaxın ölkənin artistlərini birləşdirən “İntersirk” bakılılar, əsasən, məktəblilər və uşaqlar qarşısında ilk dəfə çıxış edəcəkdir.
Oktyabrın 28-dən noyabrın axırınadək davam edəcək tamaşalarda sirksevərlər Bakının sirk meydanında ilk dəfə timsahlarla nömrələrə baxacaq, son 25 ildə yenə də ilk dəfə fillərlə və ərəb atları ilə, pitonlarla göstəriləcək çətin təmrinlərin şahidi olacaqlar.
Aktyorları iştirakçılara təqdim edən V.Bağırzadə çoxsaylı sualları da cavablandırmışdır.