İnyesta “Barselona” ilə karyerasının sonunadək müqavilə imzalayıb
Bakı, 6 oktyabr, AZƏRTAC
İspaniyanın “Barselona” futbol klubu yarımmüdafiəçi Andres İnyesta ilə müqavilə bağladığını elan edib.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, müqavilə idmançının karyerasının sonunadək qüvvədə olacaq.
33 yaşlı İnyesta “Barselona”nın tərkibində 2002-ci ilin oktyabrın 22-də debüt edib. İspaniyalı futbolçu həmin vaxtdan bu komandanın heyətində apardığı 639 oyunda 55 qolun müəllifi olub. 1996-cı ilin sentyabrında - 12 yaşında ikən “Barselona” ailəsinə qoşulmuş İnyesta 2015-ci ildən komandanın kapitanıdır.
İnyesta Lionel Messi ilə birlikdə komandanın tərkibində hərəyə 30 titul qazanmaqla “Barselona”nın rekordçularıdır.
Messi də yeni müqavilə imzalamağa hazırlaşır, lakin bu proses hələ ki ləngiyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]