İosif Şaqal: Seçkiöncəsi sükut günündə qaydalara tam əməl olundu
Bakı, 11 aprel, AZƏRTAC
Seçkilərdən öncəki günü müşahidə etdim. Heç bir yerdə seçkiqabağı plakatlara rast gəlmədim. Seçkiöncəsi sükut günündə qaydalara tam əməl olundu. İndi səsvermə prosesi də normal qaydada keçir. Müşahidə apardığımız seçki məntəqələrində heç bir pozuntuya rast gəlməmişik.
Bu sözləri aprelin 11-də 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı məntəqəsində səsvermə prosesini izləyən tanınmış jurnalist, İsrailin Belarusdakı keçmiş səfiri, Knessetin sabiq deputatı, beynəlxalq müşahidəçi İosif Şaqal AZƏRTAC-a müsahibəsində deyib.
Prezident seçkilərinə mükəmməl hazırlıq görüldüyünü vurğulayan İosif Şaqal gün ərzində daha bir neçə məntəqəyə baş çəkəcəyini bildirərək deyib: “Səsvermə prosesi qaydalara uyğun şəkildə davam edir. Biz müşahidəçilər də prosesi sərbəst surətdə izləyirik. Məntəqələrdə seçki qaydalarına uyğun şərait yaradılıb, şəffaflıq, məxfilik tam təmin edilir. Mən bu seçkiləri Azərbaycanda demokratiyanın daha bir uğuru hesab edirəm”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [19:55]
Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 04.06.2026 [18:45]
Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb
Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
- 04.06.2026 [23:35]
“Liverpul” yeni baş məşqçisini açıqlayıb
- 04.06.2026 [23:06]
Azərbaycan parataekvondoçuları Romada iki medal qazanıblar
- 04.06.2026 [22:40]
Tovuz rayonu Cəlilli kəndi içməli su ilə təmin olunub
- 04.06.2026 [22:21]
Türkiyə İslam bankçılığı sahəsində ilk beşliyə daxil olmağı hədəfləyir
- 04.06.2026 [22:00]