İqlim dəyişikliyi Arktika sularında yeni adalar əmələ gətirə bilər
Bakı, 3 fevral, AZƏRTAC
Danimarka Texniki Universitetinin alimləri araşdırıblar ki, kəskin iqlim dəyişikliyi Arktikada dəniz landşaftını dəyişmək iqtidarındadır. Nəticədə Qrenlandiya ətrafında çoxlu yeni adalar yarana bilər. Tədqiqat “Geophysical Research Letters” (GRL) elmi jurnalında dərc olunub.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər Qrenlandiyada sualtı süxurların 2013-cü ildən 2023-cü ilədək 20 santimetr qalxdığını və bunun da yüz il ərzində 2 metr ekvivalentində olduğunu izah ediblər. Bir çox hallarda bu, buz örtüyünün itməsi hesabına baş verir.
Tədqiqat Qrenlandiya sahilləri boyunca yerləşən 61 ölçmə stansiyasından ibarət şəbəkənin - GNET-in məlumatına əsaslanır.
Buzlaqların təxminən 12 min il bundan əvvəl geri çəkilməsinə baxmayaraq, torpaq qatı buzların təzyiqinin azalması səbəbindən qalxmaqda davam edir.
Bundan başqa, qlobal istiləşmə səbəbindən buz qatının əriməsinin sürətlənməsi son iki onillik ərzində Qrenlandiya sahilləri boyunca quru ərazilərin daha sürətlə qalxmasına gətirib çıxarıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [14:44]
Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib
- 24.09.2026 [14:20]
“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ
- 24.09.2026 [14:13]
Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb
- 24.09.2026 [14:09]
Ukrayna Prezidenti Nyu-Yorkda NATO-nun Baş katibi ilə görüşüb
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]