İqlim fəalları Venesiyanın San-Marko Bazilikasına palçıq atıblar
Roma, 8 dekabr, AZƏRTAC
İqlim fəalları Venesiyanın ən gözəl memarlıq abidələrindən sayılan San-Marko Bazilikasının fasadına palçıq atıblar.
AZƏRTAC xəbər verir ki, iqlim dəyişikliyi probleminə qarşı mübarizə aparan bir qrup gənc bazilikanın qarşısında etiraz aksiyası keçirib. İqlim fəalları su və gil qarışığını kilsənin divarlarına atıblar. San-Marko Bazilikasının cənub fasadına və kolonnasına ziyan dəyib.
Aksiya iştirakçıları dəniz səviyyəsinin yüksəlməsi səbəbindən şəhərin risk altında olduğuna diqqət çəkiblər. Onlar “Venesiya tezliklə sular altında qalacaq”, “Venesiya palçığa qərq olacaq və biz öləcəyik” kimi şuralar səsləndiriblər. Polis aksiyaya müdaxilə edərək 6 nümayişçini saxlayıb.
Qeyd edək ki, Venesiya dünyanın ən gözəl şəhərləri siyahısında ilk pillələrdə yer alır. UNESCO şəhərin təhlükədə olan dünya irsi siyahısına salınmasını tövsiyə edir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]