İQLİMİN İSTİLƏŞMƏSİ SOÇİNİN 2014-CÜ İL OLİMPİYA OYUNLARI UĞRUNDA MÜBARİZƏDƏ İMKANINI ARTIRACAQDIR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, iqlimin istiləşməsi nəticəsində Qərbi Avropanın dağlıq rayonlarında qarın əriməsi Zaltsburqla müqayisədə Soçinin 2014-ci ilin Olimpiya oyunlarını keçirmək imkanını artıracaqdır. Rusiya Federal Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Xidmətinin və Rusiya Elmlər Akademiyasının Qlobal İqlim və Ekologiya İnstitutunun direktoru Yuri İzrael demişdir: “Sözsüz, Soçinin imkanları artır”.
REA-nın Coğrafiya İnstitutunun laboratoriya müdiri Andrey Veliçko bildirmişdir ki, Soçidə qar Qərbi Avropanın dağlıq rayonlarındakından çox olacaqdır. İqlimin istiləşməsi nəticəsində yağıntının səviyyəsi artır. Qərbi Avropada yağışlar, Şərqi Avropada isə qar çox yağacaqdır. Ötən qış Alp dağları kurortlarına qar az yağmışdı. Soçidə isə qar kifayət qədər idi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]