İqtisadiyyat nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
Bakı, 24 oktyabr, AZƏRTAC
İqtisadiyyat nazirinin müavini Anar Axundov Qobustan şəhərində Şamaxı və Qobustan rayonlarından olan vətəndaşlarla görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşə gələn vətəndaşlar əmlak, vergi, sahibkarlığın inkişafı, güzəştli kreditlərin verilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.
İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə vətəndaşların müraciətləri dinlənilib, sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara əsaslandırılmış cavab və izahat verilib. Araşdırma tələb edən müraciətlər qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti strukturlara yönləndirilib.
Qobustan şəhərində keçirilən görüşə gələn sahibkarların təklifləri müzakirə olunub, dövlət dəstəyi mexanizmləri barədə məlumat verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:19]
® Təhsil işçilərinə nağd pul kreditində 7 faizədək endirim
- 24.09.2026 [12:17]
“Culfa” tankeri əsaslı təmir edilərək istismara qaytarılıb
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]