İQTİSADİYYATA KREDİT QOYULUŞUNUN HƏCMİ TƏXMİNƏN 28 FAİZ ARTMIŞDIR
Ayrılan kreditlərin 2377,9 milyard manatı (68,9 faizi) qısamüddətli, 1073,7 milyard manatı ( 31,1 faizi) uzunmüddətlidir. Qısamüddətli kreditlərin 191,3 milyard manatını və ya 8 faizini, uzunmüddətli kreditlərin 78,4 milyard manatını və ya 7,3 faizini vaxtı ötmüş kreditlər təşkil edir.
Dövlət bankları ölkə iqtisadiyyatına 1562,3 milyard manat (45,3 faiz), özəl banklar 1517, 8 milyard manat (44 faiz), qeyri–bank kredit təşkilatları 371,5 milyard manat (10,7 faiz) kredit qoymuşlar.
Xarici kapitalın iştirakı ilə yaradılmış bankların Azərbaycan iqtisadiyyatına yönəltdiyi kreditlərin məbləği 521 milyard manatdır ki, bu da ümumi kapital qoyuluşunun 15,1 faizini təşkil edir.
Kreditlərin 1113,4 milyard manatı (32,3 faizi) milli valyuta, 2338,2 milyard manatı (67,7 faizi) xarici valyuta ilə ödənilmişdir.
Kreditlərin 857,9 milyard manatı (24,9 faizi) dövlət sektoruna, 2593,7 milyard manatı (75,1 faizi) özəl sektora yönəldilmişdir.