İrakli Kobaxidze: Aİ səfirinin Gürcüstanda radikalizmi qızışdırmaq cəhdi çox üzücüdür
Tbilisi, 24 sentyabr, AZƏRTAC
Konkret bir səfirin, xüsusən də Avropa İttifaqı (Aİ) səfirinin Gürcüstanda birbaşa radikalizmi və qütbləşməni qızışdırmağa cəhd etməsi çox üzücüdür.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Aİ səfiri Pavel Herçinski ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən söyləyib.
Hökumət başçısının sözlərinə görə, Aİ səfiri radikalizm və qütbləşmənin qızışdırılmasında birbaşa iştirak edib. “Bu, həm də elə bir haldır ki, konkret hansısa səfirə münasibət bildirmək artıq maraqlı deyil. Bu şəxs təəssüf ki, radikalizmin, qütbləşmənin qızışdırılmasında bilavasitə iştirak edib. Belə bir işdə Avropa bürokratiyasının mənfi simasının görünməsi çox acınacaqlıdır. Konkret bir səfirin, xüsusən də Avropa İttifaqının səfirinin birbaşa olaraq bu ölkəyə qarşı radikallıq və qəddarlıq etməsi çox acınacaqlıdır. Təəssüf edirəm ki, bu barədə əlavə şərh verə bilmirəm, sadəcə olaraq bunu lazım görmürəm”, - deyə İrakli Kobaxidze bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [21:07]
Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib
- 01.10.2026 [20:35]
Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək
- 01.10.2026 [20:15]