İrakli Kobaxidze Avropa sammitində Orta Dəhlizdən danışıb
Tbilisi, 2 oktyabr, AZƏRTAC
Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Avropa Siyasi Birliyi”nin 7-ci Sammiti çərçivəsində təşkil olunan “İqtisadi təhlükəsizlik – Avropadan asılılığın azaldılması” adlı panel müzakirəsində iştirak edib. Müzakirələr zamanı çıxış edən Baş nazir Gürcüstanın tranzit potensialını və ölkənin Orta Dəhlizdə xüsusi rolundan danışıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumət administrasiyasından məlumat verilib.
İ.Kobaxidze deyib ki, Gürcüstanın məqsədi onun səmərəliliyini artırmaqla Orta Dəhlizi daha da inkişaf etdirmək və bununla da, onun etibarlı və rəqabətədavamlı Şərq-Qərb nəqliyyat marşrutu kimi rolunu gücləndirməkdir. "Gürcüstanın geostrateji mövqeyi bizə Orta Dəhlizdə mühüm tranzit qovşağı kimi xidmət etməyə imkan verir. Liman, dəmir yolu və avtomobil sistemlərimiz yüklərin sürətli daşınmasını asanlaşdırır və dəhlizin rəqabət qabiliyyətini artırır, qlobal təchizat zəncirlərində Gürcüstanın rolunu gücləndirir”, - deyə İ.Kobaxidze bildirib.
Hökumət başçısı ölkədə həyata keçirilən iri infrastruktur layihələrindən, o cümlədən Anakliya dərinsulu limanının tikintisi və dəmir yolunun modernləşdirilməsindən danışıb və bildirib ki, bu da ölkənin logistik imkanlarını təkmilləşdirəcək.
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [14:43]
Macarıstanda Prezident ilə Baş nazir arasında qarşıdurma dərinləşir
- 03.06.2026 [14:23]
İƏİT: Qlobal iqtisadiyyat son 40 ilin ən dərin tənəzzülü ilə üzləşir
- 03.06.2026 [13:41]
Fransa Ay və Mars missiyası üçün 250 milyon avro sərmayə ayırır
- 03.06.2026 [13:16]
Dünya Bankı TC-GATE layihəsi üçün 372 milyon dollar ayırıb
- 03.06.2026 [12:58]
Bolqarıstanda beynəlxalq müdafiə sərgisi işə başlayır
- 03.06.2026 [12:53]
İsveç alimləri tarixi kodları deşifrə etmək üçün AI modeli hazırlayıblar
- 03.06.2026 [12:52]