İRAN BMT TƏHLÜKƏSİZLİK ŞURASININ BƏYANATINI “QEYRİ-MƏQBUL” ADLANDIRMIŞDIR
İran XİN-in məlumatında deyilir: “Öz cinayətlərini gizlədən və gerçəkliyi təhrif edən sionist rejimin təklifi ilə qəbul olunan bəyanat məqbul deyildir”. İranın xarici siyasət idarəsi buna təəccüblənir ki, BMT Təhlükəsizlik Şurası İsrail və ABŞ tərəfindən Tehranın ünvanına hədələri pisləməmişdir, habelə İsrail hakim rejiminin cinayətlərini pisləmək niyyətində deyildir.
İran XİN xüsusi vurğulamışdır ki, Tehran İsrail barəsində hərbi güc tətbiq etmək istəmir. İran İslam Respublikası BMT Xartiyasına uyğun olaraq, götürdüyü öhdəlikləri tamamilə yerinə yetirmişdir və heç bir ölkəyə qarşı hərbi əməliyyatlar aparmağa hazırlaşmır.
Xatırladaq ki, oktyabrın 28-də BMT Təhlükəsizlik Şurası İran Prezidenti Mahmud Əhmədinejadın “İsraili Yer üzündən silmək” çağırışını pisləmişdir.