İran ilə Azərbaycan birgə sənaye zonası yaradacaq

Əhvaz, 21 avqust AZƏRTAC
İran ilə Azərbaycan birgə sənaye zonası yaradacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Sənaye, mədən və ticarət nazirinin müavini Möhsün Salihiyan deyib.
O, Əhvaz şəhəri yaxınlığında yaradılan yeni sənaye zonasının açılışı mərasimində bildirib ki, qonşu ölkələrlə sərhədyanı regionlarda yaradılan sənaye bölgələri daha səmərəli olur. Buna görə də, Azərbaycan və Türkiyə ilə sənaye zonalarının yaradılması haqqında danışıqlar aparılır və razılaşma əldə olunub. Azərbaycan və Türkiyə iqtisadiyyatının inkişaf etdiyini bildirən nazir müavini qeyd edib ki, hər iki ölkə ilə İranın iqtisadi əlaqələri mövcuddur. Azərbaycan ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf edir. Bu imkandan faydalanmaq tərəflərə iqtisadi dividend qazandıracaq.
M.Salihiyan nəzərə çatdırıb ki, yaradılacaq sənaye zonasına investisiya qoyaraq istehsal prosesinə başlanması üçün çox asan şərtlər tətbiq ediləcək.
Xatırladaq ki, İranda 900 azad ticarət və sənaye zonası var.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Əhvaz
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.01.2023 [16:49]
Azərbaycandan propilenin sopolimerlərinin ixracı artıb
- 08.04.2022 [17:27]
Sahibkarların sənaye zonalarına marağı artır
- 18.12.2021 [13:09]
Ötən ay ölkədə 742,1 kiloqram gümüş istehsal edilib
- 18.12.2021 [12:46]
Keçən ay mis filizləri və konsentratlarının istehsalı artıb
- 17.12.2021 [17:04]
Ötən ay 320,1 kiloqram qızıl istehsal edilib
- 16.12.2021 [16:02]
Qiymətli metal filizləri və konsentratlarının istehsalı artıb
- 17.11.2021 [14:52]