İRAN KRIMLA DAHA SIX ƏMƏKDAŞLIQ ETMƏK NİYYƏTİNDƏDİR
AZƏRTAC-ın Ukraynadakı xüsusi müxbiri Krım Ali Soveti sədrinin mətbuat xidmətinə istinadla xəbər verir ki, İran İslam Respublikasının Ukraynadakı səfiri, Ukraynada İran Mədəniyyət günləri çərçivəsində Krıma səfər etmiş Bəhmən Taherian Mübarəki bildirmişdir ki, onun ölkəsinin Krımla daha sıx əməkdaşlıq etməkdə marağı vardır və Krım mütəxəssislərini hər iki ölkənin hökumətlərarası komissiyasının gələn həftə Kiyevdə keçiriləcək 4–cü iclasında iştiraka dəvət edir.
İran diplomatı Krım parlamentinin sədri Boris Doyç ilə görüşündə vurğulamışdır ki, o, sosial-iqtisadi həyatın bütün sahələrində əməkdaşlığın zəruriliyinə əmindir.
Krım parlamentinin başçısı səfirdən xahiş etmişdir ki, Krım tatarlarının sosial-iqtisadi problemlərinin həllində İran öz köməyini artırsın.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [19:33]
Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
- 01.10.2026 [19:30]
AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib
- 01.10.2026 [18:21]