İran öz nəqliyyat təyyarəsinin uçuş sınaqlarını həyata keçirib
Bakı, 13 iyun, AZƏRTAC
İranın təyyarə istehsalat şirkəti tərəfindən yığılan “Simurq” nəqliyyat təyyarəsinin uçuş sınaqları keçirilib.
AZƏRTAC Tasnim agentliyinə istinadla xəbər verir ki, bunu İranın müdafiə naziri Məhəmməd Aştiani deyib.
“Təyyarənin uçuş sınaqları İran mülki aviasiya təşkilatının köməyi ilə həyata keçirilir. Sınaqlardan sonra “Simurq” ölkənin təyyarə parkına daxil ediləcək”, - deyə nazir bildirib.
Hazırda bu modeldən olan ikinci təyyarənin yığıldığını deyən Məhəmməd Aştiani laynerin hazırlanması barədə göstərişin mərhum prezident İbrahim Rəisi tərəfindən verildiyini xatırladıb. O, həmçinin təyyarənin bəzi hissələrinin İranda istehsal olunduğunu, digər hissələrinin isə bir sıra xarici ölkələrlə əməkdaşlıq sayəsində əldə edildiyini vurğulayıb.
İRNA agentliyinin məlumatına görə, turbovintli mühərriklə təchiz olunan və saatda 530 kilometr sürətlə uça bilən “Simurq” altı tonadək yükün daşınması üçün nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]
Serbiya Gürcüstanda səfirlik açacaq
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]
Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
- 16.06.2026 [12:16]