İran parlamenti AEBA ilə əməkdaşlığın dayandırılması haqqında qanun layihəsini təsdiq edib
Bakı, 25 iyun, AZƏRTAC
İran parlamentinin üzvləri bu ölkə ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında əməkdaşlığın müvəqqəti dayandırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyiblər.
AZƏRTAC xəbər verir ki, bu barədə İran parlamenti Rəyasət Heyətinin nümayəndəsi Əlirza Səlimi deyib.
Parlamentin nümayəndəsi ISNA agentliyinə bildirib: “İran İslam Respublikası ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlığın dayandırılmasına dair qanun layihəsinin ümumi konturları və təfərrüatları parlamentdə təsdiqlənib. Parlamentin qərarına əsasən, ölkənin nüvə obyektlərinin təhlükəsizliyinə və dinc nüvə fəaliyyətlərinə zəmanət verilmədikcə, agentlik əməkdaşlarının yoxlama aparmaq üçün ölkəyə daxil olmaq hüququ yoxdur, bu məsələ, həmçinin Milli Təhlükəsizlik üzrə Ali Şura tərəfindən təsdiq olunmalıdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib
- 29.09.2026 [12:39]
Fransada dövlət sektorunda ümummilli tətil keçirilir
- 29.09.2026 [11:40]
İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]