İran Prezidenti İbrahim Rəisi Moskvaya səfər edib
Bakı, 7 dekabr, AZƏRTAC
İran Prezidenti İbrahim Rəisi Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə İran İslam Respublikasının Rusiyadakı səfiri Kazım Cəlali bildirib. Onun sözlərinə görə, İran liderinin Rusiyaya səfəri və Tehranla Moskva arasında qarşılıqlı əlaqələr sürətlə dəyişən hadisələr fonunda yeni dünya nizamının formalaşmasına mühüm töhfədir.
Kremlin mətbuat xidməti isə öz növbəsində Rusiya Prezidenti Vladimir Putinin iranlı həmkarı ilə Moskvada keçiriləcək görüşdə ticarət-iqtisadi sektorda, o cümlədən nəqliyyat və energetika sahəsində əməkdaşlıq məsələsi müzakirə ediləcək, həmçinin əsas beynəlxalq və regional mövzular ətrafında fikir mübadiləsi aparılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [21:45]
Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar
- 06.10.2026 [19:12]
Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:47]