İRAN PREZİDENTİ ROMA PAPASININ ÜZRXAHLIĞINI QƏBUL ETMİŞDİR
Karakasda səfərdə olan İran dövlətinin başçısı demişdir: “Mən sülh və ədalət istəyən bütün insanlar kimi, Papaya da hörmət bəsləyirəm. Eşitmişəm ki, onun sözləri düzgün başa düşülməmişdir”.
Pontifik çıxışı zamanı XIV əsr Bizans hökmdarı II Manuil Paleoloqun İslam barədə dediklərini sitat gətirmiş, lakin bu fikrə öz münasibətini bildirməmişdir. Həmin çıxış müsəlman aləmində hiddətlə qarşılanmışdır. Hətta Roma Papası üzr istəməyəcəyi təqdirdə, ərəb ölkələri hökumətlərinə Vatikanla diplomatik əlaqələri kəsmək çağırışları da səslənmişdir.
Bununla əlaqədar, Papa ötən bazar öz moizəsində onun Regenburq Universitetində dediklərinə müsəlman aləminin münasibətilə bağlı təəssüfləndiyini bildirmişdir. O demişdir: “Çıxışımın müsəlmanlar tərəfindən təhqir kimi qəbul edilən bir parçasına bu cür münasibət məni təəssüfləndirir. Əslində, orta əsr mətnindən gətirdiyim bu sitat mənim şəxsi mövqeyimi əks etdirmir”.
Bir çox islam dövlətlərinin və təşkilatlarının başçıları bu üzrxahlığı qəbul etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [15:12]
“Porsche” 500 min avroluq yeni modelini təqdim etməyə hazırlaşır
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]