İranda ilk dəfə olaraq qadınlardan ibarət xokkey komandası formalaşdırılır
Tehran, 3 sentyabr, AZƏRTAC
İranın idman tarixində ilk dəfə olaraq qadınlardan ibarət buzüstü xokkey komandasının formalaşdırılmasına başlanıb.
AZƏRTAC xəbər verir ki, cari ilin dekabrında Filippində keçiriləcək Asiya çempionatında İranın qadınlardan ibarət xokkey millisi də iştirak edəcək.
Bu günə kimi İranda xokkey oynamaq üçün şərait olmayıb. Lakin ötən il xokkey oyunu üçün Tehranda “İran Mall” buz meydançası inşa edildikdən sonra gənc qızların bu oyuna marağının artdığı müşahidə edilir. Hazırda milli komandanın formalaşdırılması istiqamətində addımlar atılır. Bunun üçün müsabiqə elan olunub. Müsabiqədə iştirak üçün 104 qadın müraciət edib. “İran Mall” idman kompleksində məşq prosesindən sonra onların arasından 23 nəfər seçilərək milli komandanın heyəti formalaşdırılacaq.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [21:38]
Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb
- 02.10.2026 [19:30]
Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir
- 02.10.2026 [18:38]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:32]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]