İranda koronavirusa yoluxanların sayında yenidən artım qeydə alınıb
Tehran, 24 aprel, AZƏRTAC
İranda koronavirusa yoluxanların sayında yenidən artım qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur məlumat verib. O bildirib ki, son 24 saat ərzində 1168 nəfər virusa yoluxub, 93 nəfər isə həyatını itirib. Bununla da İranda virusa yoluxanların sayı 88 min 194 nəfərə, ölənlərin sayı isə 5 min 5574-ə çatıb.
Səhiyyə naziri Səid Nəmaki İranın ABŞ xalqına koronavirusla mübarizədə kömək etməyə hazır olduğunu bəyan edib. O qeyd edib ki, İran ABŞ-ın tətbiq etdiyi iqtisadi sanksiyalardan əziyyət çəksə də, xalqın birliyi və həkimlərin şücaəti ilə virusun yayılmasını nəzarət altına aldı. Nazir virusun ABŞ-da geniş yayılmasından və ölənlərin sayının çox olmasından təəssüf hissi keçirdiyini bildirib.
Region dövlətlərinin Səhiyyə nazirlərinin onlayn iclasında çıxış edən S.Nəmaki Ümumdünya Səhiyyə Təşkilatına İrana göstərdiyi yardıma görə təşəkkür edib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [13:18]
Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər
- 12.10.2026 [13:08]
Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb
- 12.10.2026 [12:57]
Araşdırma: Müdrikliyin əsrlər boyu dəyişməyən 6 əsas prinsipi
- 12.10.2026 [12:33]