İranda koronavirusdan ölənlərin sayı 36 mini ötüb
Tehran, 3 noyabr, AZƏRTAC
İranda koronavirusun ikinci dalğası daha kəskin keçir. Bu günə olan məlumata görə son sutkada İranda 8 min 932 nəfər koronavirusa yoluxub, 422 nəfər isə həyatını itirib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Səadət Lari verib. Onun sözlərinə görə İranda virusa yoluxanların ümumi sayı 637 min 712 nəfər, ölənlərin sayı isə 36 min 160-a çatıb.
Müalicəsi davam edən 5 min 370 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 495 min 473 nəfər sağalaraq evə buraxılıb.
İranın 25 vilayətindəki 46 şəhərdə 10 gün müddətində karantin rejimi yenidən davam edir. Böyük şəhərlərdə bütün kütləvi tədbirlər qadağan edilib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]