İranda polis məntəqəsinə hücum nəticəsində 12 nəfər həlak olub
Bakı, 15 dekabr, AZƏRTAC
İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətinin Rask şəhərində polis məntəqəsinə hücum nəticəsində təhlükəsizlik qüvvələrinin azı 12 əməkdaşı öldürülüb.
AZƏRTAC Fars agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatı Zahedan şəhərinin prokuroru Mehdi Şəmsabadi açıqlayıb.
Onun sözlərinə görə, hücum nəticəsində daha yeddi nəfər yaralanıb. Yaralılar yaxınlıqda yerləşən xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı təhqiqat başlayıb.
Hücumun məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməsə də, onun “Ceyş əl-Ədl” radikal qruplaşması tərəfindən təşkil olunduğu ehtimal edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [22:11]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]