İranın Maku şəhəri Azərbaycan regionları ilə əlaqələrin genişlənməsində maraqlıdır
Maku, 25 noyabr, Ülviyyə Məmmədli, AZƏRTAC
İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin Maku şəhəri Azərbaycan Respublikasının regionları, xüsusilə də Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin genişlənməsində maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bunu İranın Qərbi Azərbaycan vilayətində səfərdə olan bir qrup azərbaycanlı jurnalistə Maku şəhərinin meri Şahin Əlizadə deyib. Makuda azad iqtisadi zonanın yaradıldığını bildirən mer Azərbaycan səhmdarlarının bu zonaya cəlb edilməsində maraqlı olduqlarını söyləyib.
Ş.Əlizadə deyib: “Mən əminəm ki, gələcəkdə daha möhkəm ticari-iqtisadi əlaqələr yaradacağıq. Hazırda biz qarşıya qoyulan bu məqsədin reallaşdırılmasına çalışırıq. Bunun üçün Qarasu (İran) - Sədərək (Azərbaycan) ikinci sərhəd keçid məntəqəsini açmağı planlaşdırırıq. Bununla bağlı hazırlıq işləri gedir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]