İranın nüvə proqramı ətrafında aparılan müzakirələr yeni hökumət formalaşdıqdan sonra davam etdiriləcək
Tehran, 18 iyun, AZƏRTAC
İranın nüvə proqramı ətrafında aparılan müzakirələr yeni hökumət formalaşdıqdan sonra davam etdiriləcək.
AZƏRTAC xəbər verir ki, bu fikri Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi deyib. Prezident Həsən Ruhaninin səlahiyyət müddəti avqustun 3-də başa çatır. Yeni prezidentin yeni kabineti formalaşdırması zaman tələb edir. Bu səbəbdən də İranda yeni hökumətin formalaşmasını gözləmək lazımdır.
Qeyd edək ki, Vyanada İran ilə Avropa dövlətləri arasında danışıqlar davam edir. Danışıqlarda sanksiyaların aradan qaldırılması və İranın üzərinə düşən öhdəlikləri yerinə yetirməsi məsələləri müzakirə edilir. Bu danışıqlarda ABŞ və AEBA nümayəndələri birbaşa iştirak etmirlər.
İran 2015-ci ildə imzalanan sazişdən ABŞ-ın birtərəfli qaydada çıxdığını bildirərək, ilk addımın da ABŞ tərəfindən atılmasını-yəni sanksiyaların aradan qaldırılmasını tələb edir. ABŞ isə tələb edir ki, İran üzərinə düşən öhdəlikləri yerinə yetirməyə başladıqdan sonra sanksiyaların tədricən ləğv edilməsi müzakirə oluna bilər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [15:12]
“Porsche” 500 min avroluq yeni modelini təqdim etməyə hazırlaşır
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]