İRANLI QADIN PRİTSKER MÜKAFATINA LAYİQ GÖRÜLMÜŞDÜR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Böyük Britaniya vətəndaşı, əslən iranlı Zəha Hədid memarlıq sahəsində Nobel mükafatının analoqu olan ən mötəbər mükafata – Pritsker mükafatına layiq görülmüşdür. Mükafat 2004-cü il mayın 31-də Sankt-Peterburqda, Ermitajda təqdim ediləcəkdir.
Ötən əsrin 90-cı illərinin sonlarında bir çox beynəlxalq mükafatlar almış Zəha Hədid prinsipcə yeni memarlıq üslubu yaratmışdır. Onun adı avanqardizmin yaradıcıları Frank-Lloyd Rayt, Le Korbüzye və Mis van der Roe ilə yanaşı çəkiləcəkdir. Maraqlıdır ki, Zəha Hədid son 100 ildə Pritsker mükafatına layiq görülmüş yeganə qadındır.