İRAQ HOKUMƏTİ 5 NAZİRİN HƏBSİNƏ SƏRƏNCAM VERMİŞDİR
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, İraq hokuməti 2004-cü ilin iyunundan cari ilin aprel ayınadək hakimiyyətdə olmuş Əyyad Əllavi hokumətindən 5 nazirin həbsinə sərəncam vermişdir. Onlar Əli Lyəminin basçılığı ilə mustəqil komissiyanın apardığı korrupsiyaya dair cinayət işinə əsasən məsuliyyətə cəlb olunmuşlar. Bu qalmaqalda başlıca fiqur keçmiş mudafiə naziri Hazim əş-Şəəlandır. O, İraq ordusu üçün silah və texniki avadanlıq alınmasına dair sövdələşmə zamanı 1 milyard dollar məbləğində vəsaitin “yuyulmasında” təqsirli bilinir. Əş-Şəəlan təqsirkar olduğunu qəti surətdə rədd edərək, İbrahim əl-Cəəfəri hökumətini dövlət vəsaitini israf etməkdə təqsirləndirir. Keçmiş nazir və onun 4 həmkarı hazırda İraqın hüdudlarından kənardadır.
Ümumən 27 məmurun adı çəkilən korrupsiya qalmaqalı oktyabrın 15-də keçiriləcək referendum ərəfəsində İraqın siyasi elitasındakı ziddiyyətləri daha da gərginləşdirə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [22:11]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]