İraq Media Şəbəkəsi AZƏRTAC-la anlaşma memorandumu imzalayacaq
Bağdad, 12 noyabr AZƏRTAC.
İraq Media Şəbəkəsi (İMN) ilə Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) arasında əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması üzərində iş aparılır. Hazırda memorandumun mətni razılaşdırılır.
İraqın mötəbər informasiya mənbəyi olan İMN-nin saytında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən və ordumuzun qələbəsindən bəhs edən reportaj yerləşdirilib. Reportajda, 30 ilə yaxın işğal altında qalan Qarabağın nəhayət Azərbaycan Ordusu tərəfindən azad edildiyi vurğulanır. Qeyd olunur ki, bu şanlı qələbə paytaxt Bakıda və digər şəhərlərdə böyük coşqu və yüksək bayram əhval-ruhiyyəsi doğurub.
Həmçinin diqqətə çatdırılır ki, Prezident İlham Əliyev xalqın güclü dəstəyinə arxalanaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa edib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Bağdad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]