İraq müharibəyə cəlb olunmasına imkan verməyəcəyini bəyan edib
Bakı, 5 mart, AZƏRTAC
İraq hakimiyyəti ölkənin müharibəyə cəlb olunmasına və ya respublika daxilində vəziyyətin qeyri-sabitləşdirilməsinə imkan verməyəcəyini bəyan edib.
AZƏRTAC xəbər verir ki, bu açıqlamanı İraqın Baş naziri və Silahlı Qüvvələrin Ali Baş Komandanı Məhəmməd əs-Sudani Birgə Əməliyyatlar Komandanlığının qərargahına səfəri zamanı verib.
“İraqı müharibəyə sürükləmək və ya ölkə daxilində vəziyyəti pozmaq cəhdlərinə dözməyəcəyik. Milli maraqlar hər şeydən üstün tutulmalıdır”, – deyə əs-Sudani vurğulayıb. Onun çıxışının mətni Baş nazirin ofisi tərəfindən “Telegram” kanalında dərc olunub.
Baş nazir bəzi əyalətlərdə təhlükəsizlik qüvvələrinin tapşırıqları səhlənkar şəkildə yerinə yetirdiyini qeyd edib. Bu səbəbdən o, İraqın şimal-qərbində yerləşən Neynəva əyalətindəki komandanlıq qərargahında çalışan bütün kəşfiyyat zabitlərinin vəzifədən azad edildiyini elan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
Hörmüz boğazında gəmi vurulub
- [14:13]
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]