İRAQDA AMERİKANIN 2000-Cİ ƏSGƏRİ HƏLAK OLMUŞDUR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, İraqda həlak olan Amerika hərbi qulluqçularının sayı 2000 nəfərə çatmışdır. Prezident Buş İraq kampaniyasında 2000-ci əsgərin öldüyü məlum olmamışdan bir qədər əvvəl daha böyük itkilər gözlənildiyi barədə həmvətənlərinə xəbərdarlıq etmişdir. O, Vaşinqtonda zabitlərin xanımları ilə görüşdə demişdir: “Terrorçular müharibə qaydaları ilə hesablaşmırlar. Bizi İraqda bundan sonra gözləyən çətinliklərə barmaqarası baxmaq olmaz”.
Bu müharibədə iraqlıların itkilərini hesablamaq isə hələlik qeyri-mümkündür. Britaniya ekspertlərinin təxmini məlumatına görə, müharibə başlanandan bəri azı 30 min, digər hesablamalara əsasən, təxminən 100 min iraqlı həlak olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:47]
Macarıstanda büdcə kəsirinin artımı zəifləyib
- 06.10.2026 [17:42]
Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır
- 06.10.2026 [17:36]
Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq
- 06.10.2026 [17:26]