İRAQDA GİROV GÖTÜRÜLMÜŞ TÜRKİYƏ VƏTƏNDAŞLARI AZADLIĞA BURAXILDILAR
Şənbə günü həmin qruplaşma bəyan etmişdi ki, Ankara amerikalılarla İraqda əməkdaşlığı dayandırmasa, girovlar öldürüləcəkdir. Yaraqlılar Türkiyədən tələb edirdilər ki, İraqda müqavilə ilə işləyən bütün mütəxəssislərini 72 saat ərzində geri çağırsın.
Yeri gəlmişkən, ötən həftə əz-Zərqəvinin qruplaşması ələ keçirilmiş Cənubi Koreya vətəndaşı barəsində də bu cür hədələrlə çıxış etmişdi. Seul ona rədd cavabı vermiş və girov götürülmüş şəxsin boynu vurulmuşdur. Yaraqlılar aprelin 9-da girov götürdükləri bir ABŞ hərbi qulluqçusunu iyunun 29-da gecə güllələmişlər. Onlar bu hərbçinin qətlə yetirilməsini ABŞ-ın İraqda apardığı siyasətlə razılaşmadıqları ilə əsaslandırmışlar.