İRLANDİYADA SİQARETÇƏKMƏ HAQQINDA QANUNU POZANLARA QARŞI AMANSIZDIRLAR
Bu günlərdə həmin qanunun pozulduğu barlardan biri müəyyən edilmiş və onun sahiblərinə cərimə sanksiyaları tətbiq olunmuşdur. Qalvey qraflığındakı “Ti Hanrai” barının sahibinə məhkəmənin qərarı ilə 1,7 min avro məbləğində cərimə kəsilmişdir. Çünki o, müştərilərin siqaret çəkməsinə göz yummuşdur. İrlandiya Səhiyyə Nazirliyinin komissiyası barın döşəməsində siqaret kötüklərini hələ apreldə aşkar etmiş, onun sahibinə şifahi xəbərdarlıq göndərmişdi. Lakin o, bundan nəticə çıxarmamışdır. Xatırladaq ki, İrlandiyada ictimai yerlərdə siqaret çəkilməsini qadağan edən qanun bu ilin martında tətbiq olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]