ELM VƏ TƏHSİL
İşəgötürənlərlə təhsil müəssisələri arasında əlaqələrin gücləndirilməsinə dair təkliflər hazırlanacaq
Bakı, 15 fevral, AZƏRTAC
Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsində qeyd olunur ki, Azərbaycanda peşə təhsili və təlimi sektoru üzrə 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış əmək bazarının tələblərinə cavab verən peşə standartları və təhsil proqramları (kurikulumlar) əsasında ixtisaslı işçi qüvvəsi hazırlayan, hər bir sektor üzrə işəgötürənlərlə sıx əməkdaşlıq əlaqələrinin qurulduğu, funksional peşə təhsili və təlimi müəssisələrinə malik peşə təhsili sisteminin formalaşdırılmasıdır.
AZƏRTAC xəbər veririk, Təhsil Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə birlikdə 2020-2021-ci il ərzində ali təhsil, orta-ixtisas və peşə təhsili müəssisələrində istehsalat təcrübəsinin keyfiyyətinin artırılması, bu sahədə işəgötürənlərlə təhsil müəssisələri arasında əlaqələrin gücləndirilməsinə dair müvafiq təkliflər hazırlayacaq.
Təkliflər Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planına əsasən hazırlanacaq.