İsfar Sarabski Rumıniyada caz festivalında çıxış edib
Buxarest, 12 noyabr, AZƏRTAC
Rumıniyanın Sibiu şəhərində keçirilən “Mozaic” caz festivalının ilk günündə Azərbaycanın Əməkdar Artisti İsfar Sarabski solo konsert proqramı ilə çıxış edib.
İsfar Sarabskinin ifasında "Generation”, "Edge”, "Deja Vu”, “Last Chance”, “Agent” və digər əsərlər festival iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest