İşğalçı Ermənistana təsir göstərilməsi üçün Afrika İttifaqının üzv ölkələrinə müraciət edilib
Əddis-Əbəbə, 20 aprel, AZƏRTAC
Azərbaycanın Efiopiyadakı səfiri və eyni zamanda, Afrika İttifaqı yanında daimi nümayəndəsi Elman Abdullayev ölkənin geniş oxucu kütləsinə malik olan “The Reporter” qəzetinə müsahibə verib. Efiopiyadakı səfirimiz müsahibəsində erməni silahlı qüvvələrinin işğal altında saxladıqları Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi və beynəlxalq ictimaiyyət tərəfindən təcavüzkar Ermənistana təsir göstərilməsi məqsədilə Afrika İttifaqının üzv ölkələrinə BMT-yə çağırış etməsi üçün müraciət ünvanlayıb. Səfir E.Abdullayev Azərbaycanın ərazi bütövlüyünün bütün dünya ictimaiyyəti, o cümlədən Afrika ölkələri tərəfindən tanındığını vurğulayaraq, beynəlxalq hüquqa hörmət etməyən Ermənistanın cəzalandırılmasının zəruriliyini vurğulayıb.
Daha sonra E.Abdullayev Azərbaycanla Efiopiya arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini şərh edib. Diplomat, həmçinin Azərbaycanın Cənubi Qafqazda lider dövlət olduğunu, habelə regionda həyata keçirilən bütün irimiqyaslı layihələrin reallaşdırılmasında aparıcı rol oynadığını oxucuların diqqətinə çatdırıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əddis-Əbəbə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]