Azərbaycan Dövlət İnformasiya Agentliyi

İslahatlar: müntəzəm inkişaf yolu və yeni çağırışlara cavab

İslahatlar: müntəzəm inkişaf yolu və yeni çağırışlara cavab

Bakı, 4 may, AZƏRTAC

İslahatlar müntəzəm inkişaf yolu və yeni çağırışlara cavabdır. Bu fikrə gəlməyimə səbəb, islahatların bir dövlətin müntəzəm inkişafını qoruma, meydana çıxan yeni çağırışlara zamanında və adekvat reaksiya vermə bacarığı, bütün bunlarla yanaşı, idarəçilik sistemini köklü şəkildə təkmilləşdirən, dəyişən, bu vəzifələrin realizəsini təmin etməsidir. Bütün bunların yerinə yetirilməsi mümkün olmadığı halda, xaos və süqut qaçınılmaz olur. İslahatlar labüd olduqları qədər təhlükəlidir, belə ki, qeyri-sabit şərtlərdə, sabitliyin təminatı tələb olunur.

Bu fikirlər Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, psixologiya elmləri doktoru, professor Səməd Seyidovun “İslahatlar: müntəzəm inkişaf yolu və yeni çağırışlara cavab” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Tarixdə uğurlu, eləcə də uğursuz islahatlara dair bir sıra nümunələr mövcuddur. Məsələn, uğurlu islahatlar sırasında - Koreya möcüzəsini, Sinqapur təcrübəsini, Turqut Özalın islahatlarını, Çinin transformasiya təcrübəsini, uğursuz islahatlar kimi isə Sovet İttifaqının dağılmasına gətirib çıxaran Qorbaçovun və ya Avropada populist və ultra sağçıların hakimiyyətə gəlməsinə səbəb olan liberalizmin qlobal islahatlarını göstərmək olar. Şirkət və ya beynəlxalq korporasiyalar səviyyəsində də belə uğurlu və uğursuz islahatlara rast gəlmək mümkündür. Stiv Cobsun islahatları “Apple”ı dünya şirkətinə çevirdi, amma “Nokia” və “BlackBerry”də baş verən dəyişiklər, bu iki nəhəngin dünya kommunikasiya sistemləri bazarından tamamən kənarda qalmasına yol açdı.

Bütün bu misallar, eləcə də alimlərin tədqiqatları islahatların müəyyən şərtlər altında həyata keçirildiyi zaman uğurlu olacağından xəbər verir:

1. Cəmiyyət islahatlar üçün yetişməli və bu prosessə tələb real olaraq hiss edilməlidir.

2. İslahatlar milli maraqlara və millətin tarixi inkişaf məntiqinə müvafiq olmalıdır.

3. İslahatlar dövlət aparatının səmərəliliyini gücləndirməli, eyni zamanda, cəmiyyəti yeni məsələlərin həllinə mobilizə etməlidir.

4. İslahatlar planlı, düşünülmüş və kompleks şəklində olmalıdır.

5. İslahatlar digər ölkələrin təcrübəsini kor-koranə təkrar etməməlidir, dünya təcrübəsindən istifadə standartlaşdırılmalı, yerli lokal şərtlərə və ölkə ərazisində yaşayan insanların mentallığına adaptasiya edilməlidir.

6. Ən əsası islahatlar nüfuzu, qətiyyəti və iradəsi, sona qədər mübarizə aparmağa hazır olması heç kimdə şübhə yaratmayan lider tərəfindən həyata keçirilməlidir.

Müstəqilliyimizin ilk günlərində dövlətçiliyimizi məhv etmək, onu parçalamaq, dünya siyasi xəritəsindən silmək cəhdləri 1990-cı illərin əvvəllərində şahidi olduğumuz bir çox cinayətkar akt və addımlarda təzahür edirdi. Bu cinayətkar akt və addımlar sırasına həm Ermənistanın aqressiyası və torpaqlarımızın işğalı, dövlətin düşmənləri tərəfindən anında istifadə edilərək hakimiyyətə gəlmiş cəbhəçilərin və müsavatçıların səriştəsizliyi, ölkənin cənubunda, eləcə də şimalında daxili və xarici düşmənlər tərəfindən qızışdırılan separatizm, həm də aclıq, talan daxil idi.

Mən əminəm ki, əgər 1993-cü ildə ümummilli lider Heydər Əliyev hakimiyyətə gəlməsəydi, yaşadığı bəlalar ucbatından qaranlığa qərq olmuş millət öz oğlunu lider seçməsəydi, hazırda sahib olduğumuz ölkə mövcud olmazdı. Bir əsr ərzində müstəqilliyimizi ikinci dəfə itirməyimizə dair kədərli bir tarix yazısı olardı. Bu barədə çox yazılıb, çox söz deyilib, təkrarlamaq istəməzdim, bir şeyi qeyd etmək istərdim ki, 1993-cü il iyunun 15-i Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə qeyd etdiyimiz Milli Qurtuluş Günü, əslində, bizim xilasımızı, xaosdan və dövlət kimi yer üzündən silinməkdən qurtuluşumuzu ehtiva edir.

1993-2003-cü illəri əhatə edən onillik dövründə Heydər Əliyev sabitliyi və dövlətin qüdrətini, onun institutlarını gücləndirmiş, dövlətin əsasını, təməlini yaratmışdır. Məhz bu quruculuq, dövlətçiliyin möhkəmləndirilməsi ideyaları 2003-cü ildə hakimiyyətə gələn İlham Əliyevin siyasətinin leytmotivlərinə çevrildi. Yolun başlanğıcındakı qədər olmasa da, çox çətin şərtlər dünyagörüşündə sabit, hətta deyərdim bir qədər sərt dayanıqlı və yoxlanılmış adamlar tələb edirdi.

Dünya Azərbaycanı yeni tanımağa başlayırdı, bu səbəbdən də ölkə, öz ayaqları üstündə möhkəm dayanmalı, ona qarşı destruktiv siyasət yürüdən hər kəsə qarşı dayanıqlı olmalı idi.

“Köhnə” məktəbin yetirmələrinin, təcrübəli idarəçilərin və yoxlanılmış adamların idarəçiliyə cəlb edilməsinə məhz bu səbəb oldu. Uzun illər keçdikdən sonra aydın olur ki, xalqın və ölkənin taleyi ilə oynamaq, eksperiment aparmaq olmazdı. Hətta nüfuza dəyən müəyyən xələlə baxmayaraq, dövlətin, onun qüdrətinin və müstəqilliyinin quruculuğunu dayandırmaq olmazdı.

Zaman keçir, dövlətçiliyimizin qurulmasının başlanğıcında qarşıya qoyulan vəzifələr yerinə yetirildi - dövlət quruldu. Yaradılan dövlət artıq beynəlxalq aləmdə tanınan, güclü, ən əsası gənc və perspektivlidir.

Artıq onun qarşısında, beynəlxalq nüfuz və dünya arenalarına gedən bütün yollar açıq idi, bu dövlət yeni, savadlı və dünya standartlarına müvafiq potensiala sahib idi, məhz bu potensial ehtimal edildiyi kimi, hakimiyyətə gələrək zamanla köhnə idarəçilik üsulları ilə ziddiyyətə girməyə başladı.

Yenilik, yenilənmək, dünya təcrübəsinə inteqrasiya arzusu, aparılan siyasətin bir hissəsi deyil, artıq onun əsas bəndinə çevrilərək, getdikcə daha çox cəmiyyətdə əhval-ruhiyyəni əks etdirirdi. Siyasətin əsas prioritetləri olan inkişafın sabitliyi və dayanıqlılığı ölkədə qəbul edilən məfhumlara çevrildi və ona “alışan” cəmiyyət özünə sakit şəkildə yenilənməyi icazə verə bilərdi. Amma bu arzu zamanla yenilənmə tələbinə çevrildi, tarixi missiyasını yerinə yetirmiş köhnə idarəçilik üsulları, yeninin ləngiməsinə səbəb, bəzən isə islahatların qarşısını alaraq cəmiyyətin yenilənməsinə mane olurdu, bu da dövlətin sabitliyinə və inkişaf perspektivlərinə təhdid yaradırdı.

İlham Əliyev bunu görürdü və hiss edirdi, o, uzaqgörən siyasətçi kimi islahatlara olan sosial sifarişin artıq yarandığını, onun vəzifəsinin bu xalq sifarişinin milli maraqlara və ölkənin tarixi inkişaf məntiqinə uyğun formalaşdırmaqdan ibarət olduğunu anlayırdı.

İslahatlar yolu çətin, ağrılı prosesdir, cəmiyyət köhnə və doqmatik qaydalardan adi insanların sosial hüquqlarına və azadlığını tapdalayan, bir şeyi deyib, insafsızcasına başqa bir şey edən bürokratlardan, harınlamış məmurlardan, rüşvətxorlardan yorulub. Onları dəyişmək, amma elə dəyişmək lazım idi ki, bu sadəcə kadr dəyişikliyini deyil, həm də dövlət siyasətinin səmərəliliyini möhkəmləndirməyi və dövlət siyasətinin səmərəliliyinə geniş əhali təbəqəsinin təsirini təmin etsin.

Bu ikiqat səmərəlilik vəzifəsini Prezident İlham Əliyev yeni islahatlar siyasətinin savadlılıq, gənclik və dövlətçilik kimi üç əsas təməlinə əsaslanaraq məharətlə yerinə yetirdi. O, sadəcə gənclərə deyil, savadlı, ağıllı, milli dəyərləri anlayan və qəbul edən, ölkənin dövlətçiliyini, müstəqilliyini qoruyan gənclərə güvənərək, köhnədən yeniyə keçidi təmin etdi. Prezident Əliyev kadrlardan çox, dövlət strukturlarını, hakimiyyətə gələn insanların mentalitetini dəyişməyə başladı. Bunu mütəmadi, inadla ilkin olaraq izahlar, daha sonra xəbərdarlıqlar, töhmətlər və yalnız tələb olunduğu hallarda cəzalar tətbiq edərək həyata keçirdi.

Prezident İlham Əliyevin islahatları yalnız bizim hazırda gördüyümüz dəyişmiş idarəçilər nəsli, yeni dövlət strukturları, hakimiyyət strukturlarının fəaliyyətinin qiymətləndirilməsinə yanaşmaların dəyişməsi deyil. Dövlətimizin başçısının islahatları ölkədə atılmış və hazırda atılan addımlara dərindən düşünülmüş, planlı və kompleks yanaşmadır. Bu, baş verən hadisələrə reaksiya prinsipini daşıyan iş deyil, hadisələri qabaqlamaq üçün atılan addımlardır.

Bakı-Tbilisi-Ceyhanın şərəfli də olsa artıq bir tarix olduğunu anlayaraq, o, Cənub Qaz Dəhlizi, TANAP və TAP ideyasını irəli sürür, Bakı-Tbilisi-Qars dəmir yolunu, yeni nəhəng liman, Səngəçalda dünyada ən iri neft terminalını, şimal-cənub nəqliyyat dəhlizini və bir çox dünya enerji və nəqliyyat layihələri tikərək Azərbaycanı dünya nəqliyyat və enerji mübadiləsi mərkəzinə çevirir.

O, “Bakı prosesi”ni yaradır, humanitar forumlar keçirir, sivilizasiya alyansları təşkil edir, dünya din xadimlərini Azərbaycana dəvət edərək, ölkəmizi dünya humanitar inkişaf mərkəzinə daxil edir.

O, Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına daimi olmayan üzv seçilməsinə, Azərbaycanın Qoşulmama Hərəkatı təşkilatına sədr seçilməsinə nail olur, Aİ-də layiqli danışıqlar apararaq Türkiyə, Rusiya, İran və Gürcüstanın maraqlarının öz ətrafında birləşməsini təmin edir, ölkəmizi geosiyasi fəallıq mərkəzinə çevirərək, Rusiya və ABŞ arasında danışıqlar prosesinin mərkəzi olmağa nail olur. O, Azərbaycanı dünya - Davos, Münxen, Valday reytinqlərində yüksəldir. Dünyanın nüfuzlu dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən Qarabağa olan haqqımızın qanuni olduğunun qəbul edilməsinə və tanınmasına nail olur, erməni təbliğatını yalançı tezislərini yerlə-yeksan edərək, münaqişənin mərhələli həlli planının tətbiqinə dünya ictimaiyyətinin sadiqliyini sənədlə təsdiqləyir.

O, Avropa Oyunlarını, İslam Oyunlarını keçirir və Olimpiya hərəkatının tarixində ilk dəfə Avropa və İslam idmanını Azərbaycanda birləşdirir. Bütün idman növləri üzrə Dünya, Avropa çempionatlarına yüksək səviyyədə ev sahibliyi edir, azərbaycanlı mütəxəssislərin dünya federasiyalarının rəhbərliyinə seçilməsinə nail olaraq ölkəmizi dünya idman dövlətinə çevirir.

O, güclü ordu yaradır və 2016-cı ilin aprel ayında bütün dünyaya nəyə qadir olduğunu sübut edir. Nəhayət, dünyanın qüdrətli ölkələrinin qarşısında aciz qaldığı ümumdünya kabusu, COVID-19 pandemiyasının öhdəsindən gələrək, xalqından və dünya ictimaiyyətindən layiq olduğu təşəkkürü alır.

Dünyada özünütəsdiq etdikdən, bütün dünya reytinqlərində yüksəldikdən, nüfuz və hörmət qazandıqdan, ölkəmizin yeni tarixində ən güclü dövləti qurduqdan sonra İlham Əliyev dövlətin bütün idarəedici sistemlərində kompleksli, planlı və məqsədyönlü islahatlar prosesinə başlayır. Dəyişikliklər həm Prezident Administrasiyasına, həm Nazirlər Kabinetinə, həm parlamentə, həm icra hakimiyyətinə, həm bələdiyyələrə şamil edilir, bura paralel olaraq həmin sistemlərdə rüşvətxorluq ilə mübarizə də daxil edilir.

Bu yanaşma xüsusi hörmət qazanır, milli xüsusiyyətləri, xalqın mentalitetini nəzərə alaraq dövlət daxilində şər qüvvələr, rüşvətxorlar və korrupsionerlər və ya Prezident Əliyevin sözü ilə desək “xainlər” ilə mübarizəyə xalqın maraqları uğrunda sosial hüquqi mühafizə mübarizəsi çalarını qatır. Bu mübarizə yalnız oliqarxlara qarşı deyil, həm də bizim vətəndaşlarımızı incidən, onları normal yaşama imkanından, sahib olduqlarından məhrum edən hər kəsə qarşıdır.

Rayon icra hakimiyyəti başçılarının, bir çox məmurların, yüksəkvəzifəli bürokratların həbs olunması, yeni prokurorun təyin olunması və paralel olaraq amnistiya aktlarının qəbul edilməsi, xəstə və əzab çəkən məhbusların əfv olunması, ölkənin cinayət qanunvericiliyinin dəyişdirilməsi, onun humanistləşdirilməsi, sadə ölkə vətəndaşlarının haqlarının müdafiəsi nöqteyi-nəzərindən islahat ideyalarının davamlı inkişafı idi.

Son olaraq bütün yuxarıda qeyd edilənlər İlham Əliyevin şəxsiyyətinin xüsusiyyətləri, güclü xarakteri, möhkəm iradəsi, dərin intellekti və xüsusilə də baş verən hadisələrin məntiqini öncədən hissetmə qabiliyyəti olmadan mümkün olmazdı.

Bir neçə dəfə bu haqda demişəm, düşünürəm bir daha təkrar etmək lazımdır ki, Prezident İlham Əliyevin şəxsiyyəti ölkənin milli maraqlarının müdafiəsinin ən əsas elementlərindən biri kimi, onun hüdudlarından kənara çıxaraq, bizim beynəlxalq nüfuz və hörmətimizin təminatına əsaslı təkan vermişdir. Prezident olduğu dövr ərzində nümayiş etdirdiyi iradə və səbri, beynəlxalq və daxili siyasətdə bir çox beynəlxalq ekspertlərə Əliyev “dərsləri”ndən danışma imkanı verən potensialı, ölkəmizi dəhşətli COVID-19 infeksiyasından müdafiəsini təmin edən intellekt və uzaqgörənliyi, bizə Prezident İlham Əliyevin islahatlarının yalnız ölkənin inkişafının deyil, eləcə də dünya bəşəriyyəti tarixində dövlətçilik, müstəqillik və ərazi bütövlüyü məsələlərinin xalqımızın arzu etdiyi kimi yazılacağının təminatı olacağını deməyə imkan verir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

Cəbrayılda mina partlayıb, 1 nəfər xəsarət alıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr

Azərbaycanda 150 kilovatdan yuxarı bərpaolunan enerji layihələrinin inkişafı üçün yeni layihəyə start verilib

Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb

Azərbaycan Kubokunda daha üç oyun keçirilib

Aygün Attar: Azərbaycan beynəlxalq münasibətlərdə təşəbbüskar aktor kimi mövqeyini gücləndirir

BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub

“AzerGold”un rəhbəri “Yüksəliş”in qalibi ilə fəaliyyətin səmərəli planlaşdırılmasına dair təcrübəsini bölüşüb

Mərakeşdə Fəs Sufi Mədəniyyəti Festivalı təşkil olunacaq

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişlənir - ŞƏRH

Azərbaycan-Mərkəzi Asiya münasibətlərində keyfiyyətcə yeni mərhələ formalaşır - ŞƏRH

Azərbaycan və Gürcüstan iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirib

Səyyar ASAN xidmət İsmayıllıda

Dövlət müəssisələrinin rəqəmsal monitorinqi” altsistemində 1113 müəssisə qeydiyyatdan keçib

MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər

Dövlət İdarəçilik Akademiyasında yeni dərslik təqdim edilib: “Davamlı inkişaf siyasəti”

Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib, 23 motoxuliqan saxlanılıb VİDEO

Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib, 23 motoxuliqan saxlanılıb VİDEO

Rumıniyalı səyyah: Şuşa qalasında olduq və bizə Qarabağın simvolu olan Xarıbülbül barədə məlumat verildi

Azərbaycanlı alim Özbəkistanda beynəlxalq konfransda məruzə edib

Fransada lisey şagirdinin şikayəti əsasında “qətlə cəhd” ittihamı üzrə araşdırma başlanıb

Ekspert: Bakının təşəbbüskar diplomatiyaya keçidi kifayət qədər ciddi strateji dəyişiklikdir

ABŞ-dən olan səyyah: Şuşa çox gözəl şəhərdir

Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətləri ilə bağlı məsələləri müzakirə ediblər

Orta Dəhlizin inkişafı Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrini genişləndirir - ŞƏRH

Ekspert: Azərbaycan və Mərkəzi Asiya arasında əməkdaşlıq vahid regional platformaya çevrilir

Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb

Mərakeşdə VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir

“Sabah”ın sabiq futbolçusu: Messidəki bacarıqları sonra heç bir oyunçuda görmədim

Dünəndən sabaha: Azərbaycan gəncliyinin tarixi missiyası

Üçüncü rübdə Energetika Nazirliyi tərəfindən 149 icazə verilib

Tramp administrasiyası iş icazələri üçün əcnəbi tələbələrdən 70 min dollar almağı planlaşdırır

Beynəlxalq səyyahlar Şuşada YENİLƏNİB VİDEO

Beynəlxalq səyyahlar Şuşada YENİLƏNİB VİDEO

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində informasiya sistemlərinin fəaliyyətində yaranmış fasilələrin səbəbi açıqlanıb

Londondakı yeganə Azərbaycan restoranından REPORTAJ

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq

Kanadalı yazıçı Enn Karson ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü YENİLƏNİB

Rusiya ordusu Kramatorskda avtobusu vurub: 33 nəfər həlak olub

Şohin Talbakzoda: İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu mühüm platformaya çevrilib

Cənubi Koreya ilk hipersəs raketini uğurla sınaqdan keçirib

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb

Mərkəzi Asiya ilə logistika əməkdaşlığının genişlənməsi Azərbaycanın Orta Dəhlizdə rolunu daha da gücləndirəcək - ŞƏRH

Dizayner Aynur Xəlilova “Filtrsiz” podkastının qonağı olub VİDEO

Dizayner Aynur Xəlilova “Filtrsiz” podkastının qonağı olub VİDEO

Bakıda itkin şəxslərin ekspertizası, molekulyar genetikası və DNT əsaslı identifikasiyası üzrə müzakirələr aparılıb VİDEO

Bakıda itkin şəxslərin ekspertizası, molekulyar genetikası və DNT əsaslı identifikasiyası üzrə müzakirələr aparılıb VİDEO

Müstəqil media adı altında dezinformasiya: təsadüf, yoxsa məqsədli qərəz?

“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalının qonağı Canq Ci ilə MÜSAHİBƏ

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığında media əməkdaşlığının rolu vurğulanıb

GDU-da şəhid məzun Fərman Əsədlinin adına auditoriya yaradılıb

Media: Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində həyat normal axarına qayıdır

Müdafiə Nazirliyi: Türkiyə hərbi güc və vasitələrinin Səudiyyə Ərəbistanına göndərilməsi istiqamətində tədbirlər görüb

Milli Kitabxanada Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb

Böyük Britaniya Şərqi Qüdsdəki konsulluğundan diplomatlarını çıxarır

“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb

Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək

Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub VİDEO

Kolumbiya nümayəndəsi: İtkin düşmüş şəxslərin axtarışı etimadın yaradılmasına xidmət edən konkret vasitəyə çevrilə bilər VİDEO

Kolumbiya nümayəndəsi: İtkin düşmüş şəxslərin axtarışı etimadın yaradılmasına xidmət edən konkret vasitəyə çevrilə bilər VİDEO

“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb

“Azərbaycanda alman izləri - ortaq tarix” - Berlində təqdimat

Çindən Azərbaycana dəmir yolu ilə daşınan blok-qatarların sayı 40 faiz artıb

“Azərkosmos” Beynəlxalq Kosmik Hüquq İnstitutu ilə memorandum imzalayıb

Dünya səyyahı: Qarabağda müasir inkişaf və qədim tarixin vəhdətini görürük VİDEO

Dünya səyyahı: Qarabağda müasir inkişaf və qədim tarixin vəhdətini görürük VİDEO

Azərbaycanın Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı səylərin əlaqələndirilməsində mühüm rol oynayır

“Asos” milyonlarla müştərinin məlumatlarının oğurlandığını açıqlayıb

Avropa Parlamentində Gürcüstanla bağlı fikir ayrılığı yaranıb

Fatih Birol: İndiyədək strateji neft ehtiyatlarından 325 milyon barel bazara çıxarılıb

Qətərin şimalında neft tankeri vurulub, xəsarət alanlar var

Diyeqo Qayol: Meksika Azərbaycanla insan identifikasiyası sahəsində əməkdaşlığı məmnunluqla qarşılayar