İslam Mustafayev: Sülh danışıqlarında transsərhəd su ehtiyatlarının qorunması əsas müzakirə mövzularından olmalıdır
Bakı, 19 iyun, AZƏRTAC
Ermənistanın əsas sənaye və filiz zənginləşdirmə müəssisələrinin çirkablarının içməli çay sularına axıdılması ən ciddi problemlərdəndir və onun birgə həllinə heç bir maneə olmamalıdır.
AZƏRTAC xəbər verir ki, bunu “Environmental Protection First” Koalisiyasının üzvü İslam Mustafayev Koalisiyanın Ermənistanda “Liderlər təbiət naminə” devizi altında keçiriləcək Liderlər Sammiti və COP17 iştirakçılarına təşkilatın müraciəti ilə bağlı brifinqdə deyib.
“Hesab edirəm ki, sülh sazişinin imzalanması istiqamətində aparılan danışıqlarda ətraf mühitin mühafizəsi və transsərhəd su ehtiyatlarının qorunması əsas müzakirə mövzularından biri olmalıdır. Eyni zamanda, bu istiqamətdə regional monitorinq qrupunun yaradılması və onun müvafiq ərazilərdə fəaliyyət göstərməsi üçün şərait təmin edilməlidir. Belə bir mexanizm çayların ekoloji vəziyyətinin müntəzəm izlənilməsinə, şəffaflığın artırılmasına və mümkün ekoloji risklərin vaxtında müəyyən edilərək qarşısının alınmasına töhfə verə bilər”, - deyə İslam Mustafayev bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]