İslamiada: İdman gimnastikası üzrə təsnifat yarışları başlayıb
Bakı, 13 may, AZƏRTAC
Mayın 13-də Milli Gimnastika Arenasında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının idman gimnastikası üzrə təsnifat yarışları başlayıb.
AZƏRTAC xəbər verir ki, təsnifat mərhələsi kişilər arasında sərbəst hərəkətləri, paralel qollar və halqalarla hərəkətləri, qadınlar arasında dayaqla tullanma, müxtəlif hündürlüklü qollarla hərəkətləri əhatə edir.