İslamiada: Təsəlliverici görüşlərdə Pakistan və Azərbaycan yığmaları qalib gəlib
Bakı, 12 may, G.Mahmudlu, B.Vəliyev, AZƏRTAC
Mayın 12-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında kişi həndbolçular arasında təsəlliverici görüşlər keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə yeddinci və səkkizinci yerlər uğrunda Pakistan və İordaniya komandaları mübarizə aparıblar. Görüşdə 33:31 hesabı ilə üstün olan Pakistan yığması yarışı yeddinci, İordaniya kollektivi isə sonuncu - səkkizinci yerdə tamamlayıb.
Beşinci və altıcı yerlər uğrunda qarşılaşma isə Azərbaycan və Mərakeş kollektivləri arasında oynanılıb. Azərbaycan həndbolçuları İslamiadada ikinci qələbələrini qazanıblar - 31:25. Bununla da komandamız turniri beşinci pillədə başa vurub. Mərakeş kollektivi isə altıncı yerlə kifayətlənməli olub.
Həndbol üzrə yarımfinal görüşləri mayın 13-də keçiriləcək.