İslamiada: üzgüçülük üzrə yarışlarda ilk qaliblər məlum olub
Bakı, 13 may, AZƏRTAC
“Bakı-2017” üzgüçülük yarışları çərçivəsində final mərhələsinin yekunlarına əsasən ilk qaliblərin adları məlum olub.
Qadınlar arasında 200 metr məsafəyə kompleks üsulla üzməkdə Türkiyə idmançısı Viktoriya Zeynəb Günəş finişə birinci çataraq qələbə qazanıb (2:15.78). Bu yarışlarda İndoneziya nümayəndəsi Ressa Devi (2:18.48) ikinci, türkiyəli üzgüçü Gizem Bozkurt (2:19.01) üçüncü yeri tutub.
Kişilər arasında 200 metr məsafəyə arxa üstə üzməkdə Türkiyə idmançısı Ege Baser qalib gəlib (2:01.72). Əlcəzairli Abdella Arcuni (2:03.78) gümüş medala, İndoneziya nümayəndəsi Riki Anqqavidjaja isə bürünc medala sahib olub (2:03.77).
Bakı Su İdman Oyunları Sarayında üzgüçülük üzrə yarışlar davam edir.