İslamiadanın boks yarışlarının ikinci günündə 3 dəri əlcək ustamız rinqə çıxacaq
Bakı, 13 may, S.Allahverdiyeva, H.Mahmudova, AZƏRTAC
IV İslam Həmrəyliyi Oyunlarında boks yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, boks yarışlarının ikinci günündə millimizin daha üç üzvü rinqə çıxacaq.
Oyunlarda 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə ilk görüşünü keçirəcək. Dəri əlcək ustamızın rəqibi türkiyəli Ömər Koç olacaq.
Olimpiya Oyunlarının mükafatçısı Kamran Şahsuvarlı (75 kq) ilk görüşünü Desmond Amsterdama (Qayana) qarşı keçirəcək.
Digər boksçumuz Rauf Rəhimov (81 kq) isə Hafidz Adli Mohdu (Malayziya) ilə münasibətlərinə aydınlıq gətirəcək.
Hər üç idmançımız yarışa 1/8 final mərhələsindən start verəcək.