İslamiadanın finalında azərbaycanlı Avropa çempionu və Olimpiya mükafatçısı üz-üzə
Bakı, 13 may, AZƏRTAC
Bakıda IV İslam Həmrəyliyi Oyunlarında cüdo yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, kişilər arasında yarışda mübarizə aparan Rio Olimpiya Oyunlarının gümüş mükafatçısı Rüstəm Orucov (73 kq) dörddəbir finalda iordaniyalı təmsilçisi Younis Odat Eyal Salmandan, yarımfinalda isə türkiyəli Hasan Vanlıoğludan üstün olaraq həlledici görüşdə çıxış etmək hüququ qazanıb. Finalda “Rio-2016”nın mükafatçısı Rüstəm Orucovun rəqibi digər Azərbaycan cüdoçusu son Avropa çempionu Hidayət Heydərov olacaq.