İSLAMIN MÜQƏDDƏS YERLƏRİNƏ ZİYARƏT
Qafqaz Müsəlmanları İdarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, zəvvarları müşayiət edən əməkdaşlarla peyk vasitəsilə müntəzəm əlaqə saxlanılır və onların sağlamlığı ilə bağlı heç bir problem yaranmamışdır.
Yanvarın 25-də və 26-da daha 320 zəvvar təyyarə ilə Bakıdan Ciddəyə yola düşəcəkdir.
Azərbaycanda müvəqqəti yaşayan müxtəlif dövlətlərdən olan müsəlmanların çoxsaylı xahişlərini nəzərə alaraq, Səudiyyə Ərəbistanının Həcc Nazirliyi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında əldə edilmiş razılığa əsasən, onlar üçün xüsusi kvota ayrılmışdır.
Həmin sazişə əsasən, bu il 400 nəfər Gürcüstan, Türkiyə, İran, Rusiya və Somali vətəndaşı Qafqaz Müsəlmanları İdarəsinin köməyi ilə öz müqəddəs dini borclarını yerinə yetirə biləcəkdir.