İSMAİL HANİYƏ BEYNƏLXALQ BİRLİYİN ŞƏRTLƏRİNİ QƏBUL ETMİR
AZƏRTAC Assoşieyted Press agentliyinə istinadla xəbər verir ki, Fələstin muxtariyyətinin hazırkı Baş naziri və formalaşdırılan milli birlik hökumətinin mümkün başçısı İsmail Haniyə bildirmişdir ki, beynəlxalq birliyin onun nazirlər kabinetinə qarşı tələblərini rədd etmişdir. O, Qəzzədə keçirilmiş mitinqdə demişdir: “Fələstin xalqına qarşı tələblər irəli sürülmüşdür. Onlar istəyirlər ki, biz müqaviməti pisləyək və beynəlxalq sazişləri tanıyaq. Lakin biz təkid edirik ki, milli birlik haqqında razılıq işğalın qanuniliyini tanımır və müqavimətin qanuniliyini təsdiq edir”.
Xatırladaq ki, beynəlxalq birlik Fələstin hökumətindən İsraili tanımağı, əvvəllər bağlanmış beynəlxalq sazişləri təsdiq etməyi və zorakı mübarizə metodlarından əl çəkməyi tələb edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [15:12]