İsmayıllı rayon sakinindən külli miqdarda marixuana aşkarlanaraq götürülüb
Bakı, 18 dekabr, AZƏRTAC
İsmayıllı rayon sakinindən külli miqdarda marixuana aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Xanagah kənd sakini C.Əhmədov Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında İsmayıllı rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Axtarış zamanı ondan bir kiloqramdan artıq marixuana və elektron tərəzi götürülüb.
Ona narkotik vasitəni satmaqda şübhəli bilinən Kürdmaşı kənd sakini C.Quliyev də tutulub.
Faktla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]