İsmayıllıda 1548 çətənə kolu aşkarlanaraq məhv edilib
Bakı, 29 iyun, AZƏRTAC
İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində külli miqdarda çətənə kolu aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xanagah kəndi ərazisində yabanı halda bitən 1 ton 239 kiloqram çəkidə 1548 çətənə kolu müəyyən olunub. Həmin çətənə kolları yandırılaraq məhv edilib.
Faktla bağlı araşdırma aparılır.