İSMAYILLIDA MƏİŞƏT TULLANTILARININ ZƏRƏRSİZLƏŞDİRİLMƏSİ POLİQONU TİKİLİLR
İsmayıllı, 14 may (AZƏRTAC). Yaponiyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə Azərbaycan icma inkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi İsmayıllıda ekoloji mühitin saflaşdırılması və qorunması layihəsinin icrasına başlamışdır.
Layihə çərçivəsində rayonun Quşencə bələdiyyəsinin ərazisində məişət tullantılarının çeşidlənməsi və zərərsizləşdirilməsi poliqonunun tikintisinə başlanılmışdır. Poliqonun ətrafında 1000 ədəd müxtəlif növ ağac əkilmişdir.
Layihə reallaşdırıldıqdan sonra məişət tullantıları zərərsizləşdirilməklə onun həcmi 20 dəfəyədək azalacaq, beləliklə də ətraf mühitə olan təsiri minimuma endiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]