İSMAYILLIDA TƏBİİ FƏLAKƏTİN NƏTİCƏLƏRİ ARADAN QALDIRILIR
İsmayıllı, 19 may (AZƏRTAC). Mayın 15-dən 16-na keçən gecə rayona yağan güclü leysan yağışlarının törətdiyi fəsadlar aradan qaldırılır.
Məlum olduğu kimi, həmin gecə 11 kənd yaşayış məntəqəsinə məxsus 500 hektaradək əkin sahəsi, təkcə Qalacıq kəndində 115 hektar meyvə bağı, 4 min başdan çox qoyun-keçi və toyuq məhv olmuş, yol, elektirik enerjisi təsərrüfatları, qaz və su kəməri xətləri sıradan çıxmış, 35-dək evə ziyan dəymişdir. Quşencə və Enişdibi kənd yolları, Kəlbənd-Yenikənd-Qarakolluq yolu yararsız hala düşmüşdür.
Rayon fövqəladə hallar komissiyasından bildirmişlər ki, artıq dəyən zərər tam müəyyənləşdirilmişdir və hazırda bütün qüvvələr ilk növbədə, daha çox həyati əhəmiyyət kəsb edən fəsadların aradan qaldırılmasına yönəldilmişdir. Belə ki, Qalacıq kəndinə gedən körpü uçduğundan gediş-gəliş tamamilə dayanmışdı. Artıq alternativ yol çəkilmişdir, hazırda uçan körpünün bərpası istiqamətində tədblirlər görülür. Balık kəndində tam yararsız vəziyyətə düşən 3 evin sakinləri müvəqqəti olaraq başqa yerə köçürülmüş, burada ziyan dəymiş daha 12, Quşencədə 4, Enişdibidə 4, Kürdmaşıda 8 evin müvafiq sənədləri hazırlanmışdır. Sulut, Basqal, Kələzeyvə, habelə Kürdmaşı kəndləri istiqamətində elektrik xətləri dirəkləri bərpa edilmiş, Micanda yanmış transformator təmir olunmuşdur. Yolların təmiri istiqamətində də tədbirlərə başlanmışdır. Daxili imkanlar tam səfərbərliyə alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]