İSPANİYA HÖKUMƏTİ MÜSƏLMANLARA ƏLİNDƏN GƏLƏN KÖMƏYİ GÖSTƏRƏCƏYİNİ VƏD ETMİŞDİR
Ədliyyə naziri Xuan Fernando Lopes Agilar demişdir ki, İspaniyada dövlətin inkişafına nəzərəçarpan töhfələr verən müsəlmanların sayı 700 minə çatmışdır və artmaqda davam edir. Konstitusiyaya uyğun olaraq, İspaniya “plüralist cəmiyyət” olduğundan “dövlətimiz yalnız katolik dininə üstünlük verməyib, bütün dini etiqadlara hörmətlə yanaşmağa borcludur”. Nazir bir çoxu namünasib binalara sıgınmağa məcbur olan bütün məscidlərin normal fəaliyyəti üçün hökumətin əlindən gələni əsirgəməyəcəyinə söz vermişdir.
Gələcəkdə İspaniyanın dövlət televiziya kanallarında təkcə katoliklərin deyil, müsəlmanların da ibadətlərinə vaxt ayrılması nəzərdə tutulur. Dövlət məktəblərində katolik həmyaşıdları İncili öyrəndikləri kimi, İslama etiqad edənlərin uşaqları da valideynlərinin arzusu ilə Quranı öyrənə biləcəklər.