İSPANİYA HÖKUMƏTİ YENİYETMƏLƏR ARASINDA SPİRTLİ İÇKİLƏRDƏN İSTİFADƏYƏ MƏHDUDİYYƏTQOYMAĞA HAZIRLAŞIR
Hazırlanmış layihədə 18 yaşına çatmamış yeniyetmələrə spirtli içkilərin satışına, ictimai yerlərdə və küçələrdə onlardan istifadə edilməsinə qadağa qoyulması nəzərdə tutulmuşdur.
Ölkənin səhiyyə naziri ictimaiyyətin, xüsusilə gənc nəslin sağlamlığını qorxu altına qoyan bu ciddi problemə qarşı mübarizə aparmağın vaxtının çatdığını bəyan etmişdir.
İspaniyada yeniyetmələr 13-14 yaşından, bəzən isə 11 yaşından spirtli içki içməyə başlayırlar. 14-18 yaşlı yeniyetmələrin 50 faizi mütəmadi alkoqol qəbul edir.
Yeni layihədə yaşlılara yerli vaxtla axşam saat 10-dan səhər saat 8-dək spirtli içkilərin satışına qadağa qoyulması da öz əksini tapmışdır.
Yeni layihənin yaxın vaxtlarda ölkə parlamentində müzakirə ediləcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [15:12]
“Porsche” 500 min avroluq yeni modelini təqdim etməyə hazırlaşır
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]