İspaniya iyunun 21-dək yüksək hazırlıq rejimində olacaq
Madrid, 1 iyun, AZƏRTAC
İspaniya iyunun 21-dək sonuncu dəfə yüksək hazırlıq rejimində olacaq.
AZƏRTAC xəbər verir ki, İspaniyanın Baş Naziri Pedro Sançes region rəhbərləri ilə videokonfransda Konqresdən son olaraq altıncı dəfə yüksək hazırlıq vəziyyətinin müddətini uzatmaq barədə xahiş etmək niyyətində olduğunu söyləyib. Təklifdə həmin müddətin iyunun 21-dək uzadılması nəzərdə tutulur.
Beləliklə, koronavirusun yeni növünə qarşı mübarizə məqsədi ilə ölkə üç aydan çox bir müddətdə həyəcan vəziyyətində qalacaq.
İspaniya COVID-19 pandemiyasından ən çox zərər çəkən ölkələrdən biridir. Ölkədə indiyədək koronavirusa 286 mindən çox yoluxma faktı qeydə alınıb, 27 min 125 nəfər isə həyatını itirib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [22:52]
Keti Zakariaya Ağ Evin mətbuat katibi vəzifəsi təklif olunub
- 09.10.2026 [22:28]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]